SÜJET

Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Qurban bayramı Süni intellekt Böyük Qayıdış
Azərbaycan XİN Avstriyaya başsağlığı verib

Azərbaycan XİN Avstriyaya başsağlığı verib

  • 10 iyun 2025, 16:10

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstriyaya başsağlığı verib.

Yurd.Media xəbər verir ki, bu barədə nazirlik rəsmi "X" sosial media hesabında məlumat yayıb.

"Avstriyanın Qraz şəhərindəki orta məktəbdə günahsız şagird və müəllimlərin həyatına son qoyan faciəli atışma bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də Avstriya hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralananların tez və tam sağalmasını arzu edirik", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Avstriyada məktəbdə baş verən atışmada 11 nəfər həlak olub, 30-a yaxın insan yaralanıb. Onlardan, ən azı, 4-nün vəziyyətinin son dərəcə ağır olduğu bildirilir.

Prime Leasing