Bu ilin I rübündə Azərbaycan Türkiyə iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 453,7 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 dəfə çoxdur.
Son 1 ildə Türkiyənin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu isə 9,6% artaraq 329,6 milyon dollara çatıb.