"Azərbaycan Nəşriyyatı" MMC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, nəşriyyat ötən il 1,95 milyon manat zərər edib. Bu, əvvəlki illə müqayisədə 6% çoxdur.
Bu ilin əvvəlinə “Azərbaycan Nəşriyyatı"nın aktivləri ötən ilin əvvəlinə nisbətən 6,1% az - 29,2 milyon manat təşkil edib.
Nəşriyyatın öhdəlikləri 0,8 milyon manat (8% çox), balans kapitalı isə 28,4 milyon manat (6,4% az), o cümlədən nizamnamə kapitalı 4,1 milyon manat (dəyişməyib) olub.
"Azərbaycan Nəşriyyatı" Prezidentin İşlər İdarəsinin tabeliyində fəaliyyət göstərir.