Azərbaycanda alternativ sığorta məhsullarının tətbiq olunması nəzərdə tutulur.
Yurd.Media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini Zaur Mikayılov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
Onun sözlərinə görə, bu, maliyyə sektorunun inkişafı ilə bağlı yeni strategiya çərçivəsində mümkün olacaq. Sənəd hazırda hazırlıq mərhələsindədir.
"Sığorta sektorunun gələcək inkişafı, müasir çağırışlara cavab verilməsi yalnız qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və ortaq fəaliyyətlə mümkün ola bilər”, - deyə sədr müavini qeyd edib.