SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bıçaqlanma ilə yekunlaşan TikTok mübahisəsinə görə 2 nəfərə hökm oxundu

Bıçaqlanma ilə yekunlaşan TikTok mübahisəsinə görə 2 nəfərə hökm oxundu

  • 23 iyun 2026, 16:35

Bıçaqlanma ilə yekunlaşan sosial şəbəkədəki mübahisədə təqsirli olanlara hökm oxundu. 

Yurd.Media xəbər verir ki, TikTok sosial şəbəkəsində söyüş söyən şəxsi öldürməyə cəhddə təqsirləndirilən Töhrad Quliyev və Cavad Bayramovun məhkəmə istintaqı yekunlaşıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev ittiham nitqi ilə çıxış edib. 

Prokuror məhkəməyə təqsirləndirilən şəxslər - Töhrad Quliyev 17 il və Cavad Bayramovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxslər son söz deyiblər. 

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib. 

Hökmə əsasən, təqsirləndirilən şəxslər - Töhrad Quliyev 15 il 6 ay və Cavad Bayramovun 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. 

Qeyd edək ki, hadisə 2024-cü ilin martında Nəsimi rayonu Moskva prospektində 96 nömrəli məktəbin qarşısında yerləşən parkda baş verib. 

Belə ki, təqsirləndirilən şəxslər Tiktok sosial şəbəkəsində sözlü mübahisədən sonra görüş təyin edirlər. Daha sonra mübahisə dava dalaşa çevirilib və bıçaqlanma hadisəsi baş verib. 

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham irəli sürülüb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları