SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
İmam olmaq istəyən namizədlərdən yarıdan çoxu keçid balını toplaya bilmədi

İmam olmaq istəyən namizədlərdən yarıdan çoxu keçid balını toplaya bilmədi

  • 23 iyun 2026, 22:49

İmam və imam müavini olmaq istəyən namizədlərdən yarıdan çoxu keçid balını toplaya bilmədi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Yurd.Media-ya bildirilib ki, İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün elan edilmiş müsahibədə 8 qadın, 49 kişi uğur qazanıb.

Qeyd edilib ki, müsahibəyə sənəd qəbulu zamanı 62 vakant vəzifəyə (imam vəzifəsi üzrə-18 yer, imam müavini vəzifəsi üzrə-31 yer, dini ayinlərin icraçısı vəzifəsi üzrə-9 yer, qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə-4 yer) müraciət edən 230 namizədin sənədi qeydiyyata alınıb.

İyunun 8-dən 17-nə qədər davam edən müsahibədə 213 nəfər iştirak edib. Qadın dini ayinlərin icraçısı vəzifəsi üçün 4 vakant yer üzrə imtahanda iştirak edən 57 namizəddən 8-i, 49 imam və imam müavini vakansiyası üzrə isə 156 nəfərdən 49-u müsahibədə uğur qazanıb. Ümumilikdə, 156 namizəd keçid balını toplaya bilməyib. Namizədlərdən 17 nəfəri isə imtahanda iştirak etməyib.

Qeyd edək ki, müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scara.gov.az) elan edilib. Uğur qazanmış namizədlər təsdiq edilmiş qaydalara əsasən Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerlərində vakant vəzifələrə təyin olunacaqlar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları