SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Azərbaycan millisinin Belarusla oyununun yeri və vaxtı AÇIQLANDI

Azərbaycan millisinin Belarusla oyununun yeri və vaxtı AÇIQLANDI

  • 22 may 2025, 15:00

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarus yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və başlama vaxtı müəyyənləşib. 

Yurd.Media federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyunun 2-də Minskə yollanacaq U-21 ayın 4-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Baranoviçi şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qeyd edək ki, Azərbaycan millisi hazırlıq çərçivəsində iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 komandası ilə də yoldaşlıq görüşü keçirəcək.

Prime Leasing