“PAŞA Sığorta” ASC növbəti dəfə Azərbaycan Mərkəzi Bankı əsas vəsaitlərinin sığortalanması ilə bağlı elan edilmiş açıq tenderin qalibi olub.
Yurd.Media xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalında bildirilir.
Məlumata əsasən, tərəflər arasında 205,6 min manatlıq satınalma müqaviləsi imzalanıb.
Ötən il “PAŞA Sığorta” göstərdiyi xidmət üçün 4,3 min manat çox – 209,9 min manat haqq alıb.