2025-ci ildə də Azərbaycanda dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə daxilolma qeydə alınmayıb.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik sığorta icmalında bildirilir.
Başqa sözlə, “Azərbaycan Dəmir Yolları” QSC ötən il də mülki məsuliyyətini sığortalamayıb.
Bununla yanaşı, 2025-ci ildə dəmiryol nəqliyyatı vasitələrinin sığortası 77 min manat haqq toplanılıb. Bu, 2024-cü illə müqayisədə 1,3% azdır. Həm ötən il, həm də əvvəl il bu sığorta növü üzrə ödəniş olmayıb.