Azərbaycan çempionatında növbəti tura Qəbələdə start veriləcək.
Yurd.Media xəbər verir ki, Azərbaycan Premyer Liqasında IV tura bu gün start veriləcək.
İlk oyun günündə 2 qarşılaşma baş tutacaq.
Əvvəlcə "Qəbələ" evdə "İmişli" ilə üz-üzə gələcək. Qonaqlar 4 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. 10-cu pillədə qərarlaşan meydan sahibləri 1 xala malikdir.
Günün son matçında "Kəpəz" doğma meydanda "Şamaxı"nı qəbul edəcək. Gəncə təmsilçisi 3 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 2 xalı olan "Şamaxı" doqquzuncudur.
Qeyd edək ki, IV tura sentyabrın 6-da yekun vurulacaq.