SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Ayıq sürücüdən dəhşətli qəza: Qaz borusu alovlandı

Ayıq sürücüdən dəhşətli qəza: Qaz borusu alovlandı

  • 12 dekabr 2025, 09:07

Bakıda “Porsche” markalı avtomobili idarə edən ayıq sürücü idarəetməni itirərək qarşı yola çıxıb.

Yurd.Media "Teleqraf"a istinadən xəbər verir ki, hadisə paytaxtın Bəkir Çobanzadə küçəsində baş verib.

“Porsche” qarşı yola çıxıb, bu zaman qarşı istiqamətdən gələn “Volkswagen” markalı avtomobil onunla toqquşub. Zərbənin gücündən “Porsche” qaz borusuna çırpılaraq aşıb.

Nəticədə boruda alovlanma qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərilib.

"Azəriqaz" İB-nin əməkdaşları müvəqqəti olaraq qəza baş verən küçədə yaşayış binalarına təbii qazın verilişini dayandırıb.

Prime Leasing
SPE Annual Caspian