SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Paytaxtda siçovullar binaya daraşıb, maşınları gəmirir - VİDEO

Paytaxtda siçovullar binaya daraşıb, maşınları gəmirir - VİDEO

  • 12 dekabr 2025, 09:39

Paytaxtın mərkəzi ərazisində yaşayan bina sakinləri siçovullarla mübarizə aparırlar.

Yurd.Media xəbər verir ki, Bakının Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanında yerləşən binaya siçovullar daraşıb.

Siçovullar avtomobillərin su və yanacaq borusunu gəmirərək, yararsız hala salıb.

Binanın problemi bununla da bitmir. Sakinlər deyirlər ki, kanalizasiya boruları köhnədir və tez-tez tutulur, nəticədə çirkli su zirzəmiyə dolur və ətrafa pis qoxu yayılır.

Binanın həyətinə doluşan siçovullarla bağlı ərazi üzrə Mənzil Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, ünvana baxış keçiriləcək və dərmanlama işləri aparılacaq.

Kanalizasiya problemi ilə bağlı isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, Sukanal idarəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Problemin həll olunması istiqamətində işlərin başlanılması nəzərdə tutulur.

Paytaxtda siçovullar binaya daraşıb, maşınları gəmirir - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları