Sabunçu rayonu, Sabunçu qəsəbə sakini Natəvan Hacızadəyə 28 min manata mədən ərazisindən ev almaq təklif olunub.
Yurd.Media xəbər verir ki, o bu ilin fevral ayında Balaxanı qəsəbəsində rieltor fəaliyyəti ilə məşğul olan Seymur Əşrəfova müraciət edib.
"Xəzər Xəbər”ə danışan qadın bildirib ki, Seymur Əşrəfov fərdi yaşayış evinin sənədlərini onun adına rəsmiləşdirmək üçün qarşı tərəfdən vaxt istəyib.
Sonradan Natəvan Hacızadə qəsəbənin Əmrulla Əliyev küçəsindəki evinə köçmək istəsə də məlum olub ki, mənzili bir neçə nəfərə də satılıb. Natəvan Hacızadə iddia edir ki, rieltor Seymur Əşrəfov ona evi sənədfləşdirəcəyini vəd etsə də ortada nə sənəd var, nə də ev.