"SAB" rəhbərliyi gərək ictimai bir kanalda istehlakçılardan üzr istəsin".
Bunu Yurd.Media-ya Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "SAB" şirkətinin satışa çıxardığı dovğanın üstündə istehsal günü kimi 2 gün sonrakı tarixi yazmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu vəziyyət yolverilməzdir:
"Bu istehsalın mükəmməl qurulmadığı sübutdur. Yararlılıq tarixini buraxan avtomatik bir qurğudur. Bunu texniki xəta kimi qiymətləndirmək olar. Bəzən istehsalçılar öz mallarının yararlılıq müddətini artırmaq üçün bu cür addımlar atır. Lakin "Sab"da baş verən prosesi xəta kimi qiymətləndirirəm. Bu doğru deyil. İstehlakçı hüquqlarının pozulmasıdır".
E.Hüseynov qeyd edib ki, ciddi istehsal müəssisəsi belə problemlərə yol verməməlidir:
"Sab" rəhbərliyi əhaliyə bunun haqqında məlumat verməlidir. Belə hallar yolverilməzdir. Qida Təhlükəsizliyi Agentliyi belə halların qarşısını almalıdır".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov