Ağstafada 10 günə yaxındır məktəb elektrik enerjisiz qalıb.
Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, rayonun Qaçaq Kərəm kənd orta məktəbinə elektrik enerjisinin verilməsi dayandırılıb.
Bunun məktəbin transformatorunda yaranan nasazlıqla əlaqədar olduğu açıqlanıb.
Məktəbin elektriklə yanaşı digər problemləri də var. 1984-cü ildə istifadəyə verilən 600 şagird yerlik təhsil ocağının binası qəzalı vəziyyətdədir. Mövcud vəziyyət isə valideynləri narahat edir.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, bir neçə gün bundan əvvəl ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti və intensiv yağıntılar nəticəsində elektrik xətlərində nasazlıq yarandığı üçün təhsil müəssisəsinin transformator qurğusu sıradan çıxıb. Nasazlığın aradan qaldırılması üçün aidiyyəti üzrə müraciət edilib.
Yaxın günlərdə məsələnin həll edilməsi üçün müvafiq tədbirlər görülür-deyə açıqlamada qeyd olunub.
Ətraflı süjetdə: