SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Ağstafada kəndləri rayon mərkəzinə birləşdirən körpü bağlandı - VİDEO

Ağstafada kəndləri rayon mərkəzinə birləşdirən körpü bağlandı - VİDEO

  • 14 sentyabr 2025, 22:33
Ağstafa

Ağstafada bir neçə kəndi rayon mərkəzinə birləşdirən körpü bağlanıb.

Yurd.Media xəbər verir ki, sakinlər Xəzər TV-yə bildirib ki, körpü artıq iki aya yaxındır qəzalı vəziyyətdədir, lakin hələ təmir işləri görülməyib.

Sürücülərə alternativ yol təklif edilib. Lakin bu yol uzun məsafə tələb edir: 10 dəqiqəlik yol üçün bir saat vaxt sərf olunur. Sakinlər bildirirlər ki, magistrala çıxmaq üçün məcburi şəkildə yolu əks istiqamətdə getmək lazımdır.

Sürücülər əlavə ediblər ki, burada əsas yola çıxan hər iki tərəf üçün təhlükəli və xoşagəlməz hallar yaranır.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, sözügedən yol ötürücüsü 1961-ci ildə inşa edilib. Aidiyyəti qurumlar, həmçinin Fövqəladə Hallar Nazirliyi, körpünün texniki cəhətdən qəzalı vəziyyətdə olduğunu təsdiqləyib. Alternativ yol ötürücüsünün mövcudluğunu nəzərə alaraq, Nəqliyyatı Əlaqələndirmə Şurası qəzalı körpüdə nəqliyyatın hərəkətini qadağan edib.

Körpünün təmir edilib-edilməyəcəyi hələ ki, məlum deyil. Hərəkətin təşkili və təhlükəsizliyi isə Agentliyin səlahiyyətində deyil.

Ətraflı süjetdə:

Prime Leasing