SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Ağac aşdı, enerji kəsildi - qatarlarda gecikmə səbəbi

Ağac aşdı, enerji kəsildi - qatarlarda gecikmə səbəbi

  • 16 aprel 2025, 08:50

Güclü külək və leysan səbəbindən bəzi sahələrdə su yığılması, ağacın kontakt şəbəkənin üstünə aşması və elektrik enerjisinin kəsintisi kimi hallar qeydə alındığı üçün Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə qatarların hərəkətində gecikmələr müşahidə olunur.

Yurd.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

“Baş verən bütün hallara qarşı öncədən hazırlıqlar görülüb və operativ reaksiya verilir. Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik”.

Prime Leasing
SPE Annual Caspian