SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Afaq Qurbanzadə baş redaktor təyin olunub

Afaq Qurbanzadə baş redaktor təyin olunub

  • 15 iyun 2026, 11:06

Afaq Qurbanzadə ANZ.AZ xəbər portalının baş redaktoru vəzifəsinə təyin olunub.

Yurd.Media xəbər verir ki, Afaq Qurbanzadə 2006–2008-ci illərdə Azərbaycan Televiziyasında (AzTV) veriliş rəhbəri, aparıcı və müəllif kimi fəaliyyət göstərib. Sonrakı illərdə “Bizim Ailə” jurnalında yazar, Beynəlxalq Avrasiya Mətbuat Fondunda aparıcı redaktor, baş Xpress.az xəbər saytında isə redaktor vəzifələrində çalışıb.

Zəngin media təcrübəsinə malik olan Afaq Qurbanzadə bundan sonra fəaliyyətini ANZ.AZ xəbər portalının baş redaktoru kimi davam etdirəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları