SÜJET

Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi Süni intellekt
“Açıq Bankçılıq” üzrə vasitəçilik xidmətinin inteqrasiyası vəziyyəti açıqlanıb

“Açıq Bankçılıq” üzrə vasitəçilik xidmətinin inteqrasiyası vəziyyəti açıqlanıb

  • 14 may 2026, 10:56

Azərbaycanda “Açıq Bankçılıq” çərçivəsində ödəniş əməliyyatları üzrə vasitəçilik xidmətinin inteqrasiyası vəziyyəti açıqlanıb.

Yurd.Media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının “Açıq Bankçılıq” ekosistemi üzrə mütəxəssisi Elmar Didəkanan jurnalistlərə bildirib ki, hazırda bu ekosistemdə 21 bank ödəniş hesabına xidmət edir:

“Bununla yanaşı, üçüncü tərəf təchizatçı qismində çıxış edən bankların sayı 8-ə çatıb. Bu banklar sırasında “Azərbaycan Beynəlxalq Bankı”, “Ziraat Bank Azərbaycan”, “Birbank”, “TuranBank”, “Bank Respublika”, “Bank of Baku”, “ATB Bank” və digər maliyyə qurumları yer alır.

2 elektron pul təşkilatı (“Mpay” və “Qoldenpey” (Pulz) test mərhələsini uğurla yekunlaşdıraraq Açıq Bankçılıq sisteminə qoşulub. Bundan əlavə, 7 fintex test mərhələsindədir və yaxın zamanda onların da qoşulması gözlənilir”.

O əlavə edib ki, ilin sonunadək bütün bankların da hüquqi şəxs qismində “Açıq Bankçılıq” çərçivəsində ödəniş əməliyyatları üzrə vasitəçilik xidmətinin inteqrasiyası nəzərdə tutulur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları