Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 32-ci turunun son oyunu keçiriləcək.
Yurd.Media xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Sumqayıt" "Neftçi" klubunu qəbul edəcək.
Hazırda “Neftçi” 35 xalla 7-ci, “Sumqayıt” 29 xalla 8-ci yerdədir.
Qeyd edək ki, 32-ci turun ilk oyununda “Turan” öz meydanında “Şamaxı” ilə heç-heçə (1:1) edib. Aprelin 26-da “Zirə” səfərdə “Kəpəz”i 1:0 hesabı ilə udub. Dünən isə “Qarabağ”la “Sabah” və “Səbail”lə “Araz-Naxçıvan”ın oyunlarında eyni hesab (1:1) qeydə alınıb.