Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tur çərçivəsində bir oyun keçiriləcək.
Yurd.Media xəbər verir ki, “Kəpəz” klubu Tovuzda “Zirə”ni qəbul edəcək.
Bu oyunda "Zirə" qələbə qazana bilməsə “Qarabağ”ın çempionluğu rəsmiləşəcək. Digər tərəfdən heç-heçə bilə “Zirə” klubunu ən azı Kofrans Liqasında iştirak etmə hüququ verəcək.
Hazırda “Zirə” 61 xalla 2-ci, “Kəpəz” 28 xalla 9-cu yerdədir.
Xatırladaq ki, dünən turun açılış oyununda dünən “Turan Tovuz” öz meydanında “Şamaxı” ilə 1:1 hesablı heç-heçə edib. Turun digər oyunları aprelin 27 və 28-də baş tutacaq.