Zirə minimal hesablı qələbə qazandı

"Zirə" minimal hesablı qələbə qazandı

  • 26 aprel 2025, 22:36

Futbol üzrə Azərbaycan Premyer Liqasında 32-ci turun ikinci oyun günündə “Kəpəz” və “Zirə” komandaları üz-üzə gəlib.

Yurd.Media xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşma "Zirə"nin 1:0 hesablı qələbəsilə yekunlaşıb.

“Zirə” bu nəticəyədək ən azı Kofrans Liqasına vəsiqəni təmin etmişdi. Rəşad Sadıqovun komandası hazırda 64 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşır.

"Kəpəz" isə 28 xalla turnir cədvəlinin 9-cu pilləsindəki yerini dəyişməz saxlayıb.