Sumqayıt Neftçi ilə oyunda 2 topluq üstünlüyü əldən verdi

"Sumqayıt" "Neftçi" ilə oyunda 2 topluq üstünlüyü əldən verdi

  • 28 aprel 2025, 22:04

Azərbaycan Premyer Liqasında 32-ci tura "Sumqayıt" - "Neftçi" oyunu ilə yekun vurulub.

Yurd.Media xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç məhsuldar heç-heçə ilə nəticələnib - 2:2.

Oyunda meydan sahibləri Bobir Abdixolikov (21-ci dəqiqə) və Ronaldo Vaskezin (52-ci dəqiqə) qolları ilə 2 topluq üstünlük qazansalar da, "Neftçi" Bassala Sambu (60-cı dəqiqə) və Andrey Ştoqrinin (87-ci dəqiqə) qolları ilə bərabərliyi təmin edib.

Bu nəticədən sonra xallarının sayını 32-yə yüksəldən Sumqayıt klubu 8-ci yerdə qərarlaşıb. “Neftçi” isə 35 xalla yeddincidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i minimal hesabla üstələyib. "Turan Tovuz" - "Şamaxı", "Səbail" - "Araz-Naxçıvan" və "Sabah" - "Qarabağ" matçları 1:1 hesabı ilə başa çatıb.