SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Xırdalandakı məşhur “At heykəli” ilə bağlı müəmmaya aydınlıq gətirilib - FOTO

Xırdalandakı məşhur “At heykəli” ilə bağlı müəmmaya aydınlıq gətirilib - FOTO

Abşeron rayonu, Xırdalan şəhərinin mərkəzində yerləşən məşhur “At heykəli”nin müəllifi və qoyulma tarixi ilə bağlı uzun illərdir davam edən qeyri-müəyyənliyə aydınlıq gətirilib.

Abşeron rayon İcra Hakimiyyətindən Yurd.Media-ya bildirilib ki, heykəl 2006-cı ildə Heydər Əliyev prospekti ilə M.Ə.Rəsulzadə küçəsinin kəsişməsində quraşdırılıb.

Abidənin müəllifi isə tanınmış  rəssam-heykəltəraş, Xalq rəssamı Xanlar Əhmədovdur.

Qurumdan verilən məlumata görə, şəhərdə ucaldılan müxtəlif məzmunlu heykəllər Xırdalanın estetik görünüşünün formalaşdırılmasına xidmət edir və sakinlərlə yanaşı, şəhərə gələn qonaqların da diqqətini cəlb edir.

İcra Hakimiyyətindən qeyd edilib ki, at obrazı Azərbaycan mədəniyyətində və ədəbiyyatında xüsusi yer tutur, igidlik və sədaqət rəmzi kimi hesab olunur.

Qeyd edək ki, heykəlin postamentində və internet resurslarında onun müəllifi və qoyulma tarixi barədə məlumatın olmaması uzun müddətdir sakinlər arasında suallar yaradırdı.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları