Xalq artisti Fidan Hacıyevanın təşəbbüsü ilə media nümayəndələri üçün 3-cü Beynəlxalq Opera Festivalının başlaması münasibətilə konsert təşkil olunub.
Yurd.Media xəbər verir ki, konsertdə gənc vokal ifaçıları klassik musiqi nömrələri göstəriblər.
Qeyd edək ki, Festival Bakı və Azərbaycanın digər bölgələrində, həmçinin bir sıra xarici ölkələrdə baş tutacaq. Festivalın ən mühüm istiqamətlərindən biri "Gənc səslər gələcəyə səslənir" layihəsidir. Layihənin məqsədi isə Azərbaycanın istedadlı gənc vokal ifaçılarını üzə çıxarmaq, onların peşəkar səhnədə çıxış imkanlarını genişləndirmək və gənclərin opera sənətinə marağını artırmaqdır.
3-cü Beynəlxalq Opera Festivalı 7 sentyabrdan etibarən 3 ay ərzində davam edəcək.