SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
UNESCO-da Azərbaycanlı modelyerinin milli geyim kolleksiyasının defilesi keçirilib

UNESCO-da Azərbaycanlı modelyerinin milli geyim kolleksiyasının defilesi keçirilib

Fransanın Paytaxtı Parisdə Azərbaycanın milli modelyeri Leyla Babazadə tərəfindən hazırlanmış milli geyim kolleksiyasının defilesi nümayiş olunub.

Yurd.Media xəbər verir ki, Novruz bayramına həsr olunmuş tədbir Azərbaycan, Əfqanıstan, İran, İraq, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Hindistan, Monqolustan və Pakistanın UNESCO yanında daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə sözügedən ölkələrin UNESCO yanında daimi nümayəndələri, təşkilatın Baş direktoru Xalid Əl-Ənani, diplomatik korpusun və diaspor təşkilatlarının nümayəndələri, eləcə də digər qonaqlar iştirak ediblər. 

Tədbirin açılış mərasimində Tacikistanın UNESCO yanında daimi nümayəndəsi Dilşod Kamolzoda Rəhimi 13 ölkə adından çıxış edərək Novruz bayramının mənəvi əhəmiyyəti, onun bəşəri dəyərləri təcəssüm etdirməsi və xalqları bir araya gətirən mühüm mədəni irs nümunəsi olduğunu vurğulayıb. 

Tədbirdə təmsil olunan ölkələr zəngin mədəni proqram, habelə milli musiqi və rəqs nümunələri ilə çıxış ediblər. 

Azərbaycanın milli modelyeri Leyla Babazadə Azərbaycan mədəni irsindən ilham alan dizayner və yaradıcı tədqiqatçı kimi tanınır. Onun yaradıcılığının əsasını qədim ornamentlərin və simvolik formaların araşdırılması, onların müasir estetik konteksdə təqdim olunması təşkil edir. 

Dizaynerin əsərləri milli ornamentlərin və ənənəvi estetik düşüncənin müasir formada təqdimatına əsaslanmaqla yanaşı, hər bir geyimi tarixin, yaddaşın və mədəni kimliyin daşıyıcısı kimi təqdim edir. 

Milli geyimlərimizin təqdimatında əsaa məqsəd Azərbaycan milli irsin qorunması, yaşadılması və dünyada yaxından tanıdılmasıdır. 
Bu kolleksiya vasitəsilə dizayner Azərbaycan mədəniyyətinin incəliyini, dərinliyini və zamanlararası dəyərini beynəlxalq auditoriyaya çatdırmağa nail olub.

Novruza həsr edilmiş bu tədbirdə Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstanın da mədəni irsindən nümunələr də təqdim olunub. 

Sonda qonaqlara Azərbaycanın zəngin milli mətbəxini əks etdirən dolma, aş və qutab kimi ənənəvi təamlar təqdim olunub. 

Xatırladaq ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları