SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Süni intellektlə hazırlanmış “Oyun Ovçuları” cizgi filmi TƏQDİM OLUNUB

Süni intellektlə hazırlanmış “Oyun Ovçuları” cizgi filmi TƏQDİM OLUNUB

  • 23 dekabr 2025, 15:52

Türkiyədə süni intellektlə 13 seriyalıq cizgi filmi hazırlanıb.

Yurd.Media xəbər verir ki, “Oyun Ovçuları” adlı cizgi filmi TRT Avaz telekanalında tamaşaçılara təqdim edilib.

Layihə çərçivəsində 18 min vizual material və 60 min saniyəlik video məzmun hazırlanıb. Bu cizgi filmi süni intellekti sadəcə texniki vasitə kimi deyil, insan zəkası və yaradıcılığı ilə birlikdə işləyən bir yaradıcı tərəfdaş kimi təqdim edir.

Cizgi filmi 13 seriyadan ibarətdir. İstehsal prosesi insan nəzarəti altında aparılıb və geniş məlumat emalı ilə dizayn mərhələlərini əhatə edib. Yekun montajda istifadə edilən təxminən 2 400 səhnə üçün müxtəlif variantlar və düzəlişlər nəzərə alınmaqla 18 minə yaxın vizual hazırlanıb.

Ekranda nümayiş olunan 3 900 saniyəlik yekun məzmunu əldə etmək üçün sınaq və alternativlər də daxil olmaqla ümumilikdə 60 min saniyəlik süni intellekt dəstəkli video istehsal edilib. Bu prosesdə 10-dan çox fərqli süni intellekt sistemi bir-biri ilə əlaqəli şəkildə istifadə olunub.

Hadisələr Göbəklitəpə, Orxon Abidələri, İssıkul və Türkistana qədər uzanan geniş coğrafiyada cərəyan edir. Macəranın mərkəzində hər biri fərqli dəyəri təmsil edən beş uşaq və onlara yol göstərən müdrik Börü dayanır.

Filmdə müxtəlif personajlar var onlardan , Yiğit Alp qrup lideridir. Hadisələrə rassional yanaşan, çətin anlarda birləşdirici rol oynayan və “son sözü demək yox, doğru qərarı vermək” prinsipinə sadiqdir.

Digər personaj olan, Tomris, cəsarət və güclü intuisiya simvoludur. Qarşısına çıxan çətinliklərdən çəkinməyən, mübarizə ruhlu bir obrazdır.

Sancar isə, qrupun ən ağıllı üzvüdür. Elmi biliklərə, analizə və məntiqə əsaslanaraq problemləri həll edir.

Digər personaj Umay, mərhəmət və tarazlığın təcəssümüdür. Təbiətə və ətraf aləmə canlı varlıq kimi yanaşan, qrupun ən həssas üzvüdür.

İşbara adlı personaj, şənlik və səmimiyyət rəmzidir. Enerjisi, zarafatları və səmimi davranışı ilə hər zaman müsbət ovqat yaradır.

Ənənəvi türk oyunlarını və dəyərlərini, insanın idarə etdiyi və texnologiyanın ona xidmət etdiyi bir dünyada yenidən kəşf etmək istəyən tamaşaçılar üçün “Oyun Ovçuları” TRT Avaz-da yayımlanır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları