SÜJET
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı iyulun 24-də başlayır.
Yurd.Media xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu feysbuk səhfəsində paylaşım edib.
Məlumata görə, iyulun 29-dək Qəbələ müxtəlif ölkələrdən gələn tanınmış ifaçıların, gənc istedadların, musiqi kollektivlərinin bir araya toplandığı musiqi səhnəsinə çevriləcək. Konsert proqramlarına giriş sərbəstdir.