SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Mir Yusif Bakıda konsert verdi - bu dəfə Park Bulvarda

Mir Yusif Bakıda konsert verdi - bu dəfə Park Bulvarda

Bakı

Bakıdakı Park Bulvar Mall ərazisində yerləşən Hayal Kahvesi məkanında tanınmış müğənni Mir Yusifin konsert proqramı baş tutub.

Yurd.Media xəbər verir ki, konsert axşamı sənətçinin sevilən hitləri səsləndirilib və tədbirə toplaşan tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Müğənni səhnədə canlı ifaları ilə diqqət çəkib, dinləyicilər isə ifalara coşqu ilə qoşularaq konsertin ab-havasını daha da yüksəldiblər.

Gecə ərzində “Bu gün sənin ad günün” “Vecimə deyil”, və s. kimi məşhur mahnılar ifa olunub. İştirakçılar konsertin yüksək səviyyədə təşkil edildiyini və musiqili proqramdan məmnun qaldıqlarını bildiriblər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları