SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Münasibətlərin pərdəarxasına işıq salan “Yad kölgələr” işıq üzü gördü

Münasibətlərin pərdəarxasına işıq salan “Yad kölgələr” işıq üzü gördü

  • 26 may 2026, 09:32

Münasibətlərin pərdəarxası məqamlarına işıq salan kitab çapdan çıxıb.

Yurd.Media xəbər verir ki, tanınmış psixoloq və ailə müşaviri Əfsələddin Rəhimovun oxucuların böyük marağına səbəb olacaq yeni “Yad kölgələr” adlanan kitabı müasir cəmiyyətin ən yaralı yerlərindən birinə – ailə daxili böhranlara və boşanma səbəblərinə tamamilə fərqli, elmi və praktik bir baxış bucağı təqdim edir.

Ailə dağılmasına səbəb olan 18 şema

AzPost xəbər verir ki, müəllif yeni nəşrdə ailə institutunun sarsılmasına, münasibətlərin soyumasına və son nəticədə boşanmalara yol açan 18 əsas psixoloji şemanı (davranış və düşüncə modelini) təhlil edir. Kitabda ailə problemlərinin kökündə dayanan amillər sadəcə fərdi müstəvidə deyil, elmi, psixoloji və sosial aspektlərdən dərindən araşdırılır.

Oxucular üçün “Ailə Kursu” və tam terapiya effekti

Əfsələddin Rəhimovun sözlərinə görə, “Yad kölgələr” sadəcə bir oxu materialı deyil, hər bir ailə üçün bələdçi rolunu oynayacaq fundamental bir vəsaitdir:

“Bu kitab 18 şemanın ailə dağılmasında necə rol oynadığını aydın şəkildə göstərir. Burada ailə problemlərinin elmi, psixoloji və sosial təhlilləri öz əksini tapıb. Kitabı həm də bitkin bir ‘Ailə Kursu’ və tam bir terapiya seansı adlandırmaq olar.”

Münasibətlərini qorumaq istəyənlər üçün stolüstü kitab

“Yad kölgələr” kitabı ailə həyatı qurmağa hazırlaşan gənclər, münasibətlərində böhran yaşayan cütlüklər və bu sahədə çalışan mütəxəssislər üçün dəyərli bir mənbədir. Kitab oxucuya öz səhvlərini görmək, tərəfdaşını daha yaxşı anlamaq və ailə daxili münaqişələri vaxtında həll etmək üçün praktik yollar təklif edir.

Münasibətlərin pərdəarxası məqamlarına işıq salan “Yad kölgələr”i artıq paytaxtın kitab mağazalarından əldə etmək mümkündür.

Kitabı əldə etmək istəyənlər aşağıdakı nömrə ilə əlaqə saxlaya bilər.

+994 50 576 29 02

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları