Biləsuvar rayonunda Uşaq İncəsənət Festivalına həsr olunan konsert keçirilib.
Yurd.Media xəbər verir ki, əvvəlcə uşaq və gənc yaradıcıların əl işləri, təsviri və tətbiqi sənət nümunələri sərgilənib, onların bacarıqları nümayiş etdirilib. İncəsənət məktəbinin şagirdləri Heydər Əliyev parkının mənzərələrini kağız və kətan üzərinə köçürüblər. İştirakçılarla əyləncə guşələrində interaktiv proqramlar keçirilib.
Sonra konsert təqdim olunub.
Konsert proqramından sonra Əməkdar müəllim İkram Bayramov tərəfindən incəsənət məktəblərinin Xalq çalğı alətləri sinfinin şagirdlərinə master-klas keçilib.