Balaxanı Sənaye Parkının ərazisi genişləndirilir - SƏRƏNCAM

Balaxanı Sənaye Parkının ərazisi genişləndirilir - SƏRƏNCAM

  • 21 aprel 2025, 16:54
Bakı

Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında Sərəncam imzalayıb.

Yurd.Media President.az-a istinadən xəbər verir ki, sərəncamla Nazirlər Kabineti Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istifadəsində olan 18.415 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin istifadəsinə verilməsi ilə bağlı üç ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan İnvestisiya Holdinqinə bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.