SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Azərbaycanda kino və mahnı kanalları açılır

Azərbaycanda kino və mahnı kanalları açılır

  • 11 fevral 2026, 22:28

Azərbaycanda kino və mahnı üzrə ixtisaslaşmış 2 yeni yayım platforması fəaliyyətə başlayacaq.

Yurd.Media xəbər verir ki, Audiovizual Şurasının iclası çərçivəsində "Kinobox" və "Mahnı TV"yə lisenziya verilib.

Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura "Kinobox" MMC-yə sifarişli yayım xidməti provayderi lisenziyasının (xidmət adı: "Kinobox" olmaqla) verilməsi haqqında qərar qəbul edib.

İclasda həmçinin, "Mahnı" MMC-nin lisenziya alınması üçün müraciəti müzakirə olunub. Ərizəçinin sənədlərinə, iqtisadi əsaslandırmasına, habelə texniki və proqram təminatına baxışın nəticələrinə əsasən ona peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "Mahnı TV" olmaqla) lisenziyasının verilməsi haqqında qərar qəbul olunub.

İclasın sonunda "Aznet Technologies" QSC-nin təşkilati-hüquqi formasının dəyişilməsi ilə əlaqədar Audiovizual Şuraya ünvanladığı müraciətə əsasən "Aznet" və "Araznet" operator xidmətləri üçün verilmiş lisenziyaların "Aznet Technologies" MMC-nin adına yenidən rəsmiləşdirilməsi haqqında da müvafiq qərarlar qəbul edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları