SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Attestasiya tələsi ilə müəllimlər iş yerindən məhrum edilir - 33 ilin musiqi müəllimi Mədəniyyət Nazirliyi ilə MƏHKƏMƏDƏ

"Attestasiya tələsi ilə müəllimlər iş yerindən məhrum edilir" - 33 ilin musiqi müəllimi Mədəniyyət Nazirliyi ilə MƏHKƏMƏDƏ

  • 12 yanvar 2026, 15:38
Sumqayıt

Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbindən çıxarılmış müəllimə qurumu məhkəməyə verib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Məhkəməsinə müraciət edən Ülviyyə Hökmulla qızı Əbdürrəhmanovanın iddia tələbində qeyd edib ki, 1 dekabr 1992-ci il tarixdən Uşaq İncəsənət Məktəbində “Fortepiano” ixtisasi üzrə müəllimə vəzifəsində işləyib və işdən azad edilməsi qanunsuz və əsassızdır:

“33 ildən artıqdır ki, bu müəssisədə qüsursuz fəaliyyət göstərmişəm. Əmək fəaliyyətim dövründə heç bir nöqsana yol verməmişəm. Daim rəhbərlik tərəfindən təltif edilmişəm. Peşə fəaliyyətim və bilik bacarıqlarım ilə bağlı bu müddət ərzində mənə heç bir nöqsan tutulmayıb. Son aylarda respublikanın bütün musiqi məktəblərində müəllim heyətinin kütləvi ixtisarı həyata keçirilir. Belə ki, qondarma attestasiya tələləri ilə heç bir halı nəzərə almadan müəllimlər öz iş yerlərindən məhrum edilirlər. Barəmdə aparılmış attestasiya nəticələri ilə razı deyiləm, düzgün aparılmayıb”.

Əbdürrəhmanova cavabdeh təşkilatın əmri ləğv edilməli və onun işə bərpa edilməsini istəyib. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə  iddia tələbi təmin edilməyib. Bundan sonra iddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. Onun apellyasiya şikayəti də təmin olunmayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları