SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
AMEA alimləri Cənub bölgəsinin folklorunda şamanizm elementləri tapıb

AMEA alimləri Cənub bölgəsinin folklorunda şamanizm elementləri tapıb

  • 21 yanvar 2026, 22:38
Lənkəran

Elmlər akademiyasının alimləri Azərbaycanın Cənub bölgəsinin folklorunda şamanizm elementləri aşkarlayıblar.

Azərbaycan Milli Elmlər Akademiyasdan Yurd.Media-ya bildirilib ki, qurumun Lənkəran Regional Elmi Mərkəzində ötən il ilk dəfə olaraq Cənub bölgəsi folklorunda şamanizm elementləri faktiki materiallar əsasında araşdırılıb.

Bundan əlavə, Cənub bölgəsinin uzunömürlüləri Yaponiyanın İkiqay Ailə İnstitutu modeli ilə qarşılıqlı şəkildə tədqiq edilərək ortaq fizioloji, bioloji və ekoloji faktorlar müəyyənləşdirilib.

Ümumilikdə 2025-ci ildə Lənkəran REM-in əməkdaşları tərəfindən ümumilikdə 40 elmi əsər – 26 məqalə və 14 tezis nəşr olunub. Onlardan 15 məqalə və 2 tezis xarici ölkələrdə, 11 məqalə və 12 tezis isə respublika daxilində çap edilib. AMEA-nın 80 illiyinə həsr olunmuş “Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı arxiv sənədlərdə (1813–1828)” adlı monoqrafiya nəşr edilib. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları