SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Ağdamda Müstəqillik Günü konserti

Ağdamda Müstəqillik Günü konserti

  • 26 may 2025, 23:51
Ağdam

Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində 28 May - Müstəqillik Gününə həsr olunmuş musiqili tədbir keçirilib.

Yurd.Media xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının və Qarabağ Regional Mədəniyyət İdarəsinin Ağdam nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyəti dövründə görülən işlərdən, xalqımızın dövlətçilik tarixindəki rolundan danışıblar.

Sonra Qaradağlı kənd uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında konsert olub. Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına qoşulan bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.

Prime Leasing