SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Süni intellekt Kiberdələduzluq Böyük Qayıdış
Müasir İncəsənət Muzeyində multimedialı rəsm sərgisi açılıdı

Müasir İncəsənət Muzeyində multimedialı rəsm sərgisi açılıdı

  • 24 may 2025, 23:57
Bakı

Azərbaycan Müasir İncəsənət Muzeyində tanınmış multimedialı rəssam Vüsalə Ağarazıyevanın “Pink planet” adlı fərdi sərgisi açılıb.

Yurd.Media xəbər verir ki, bu layihənin bir hissəsi ilk dəfə 2024-cü ildə 60-cı Venesiya Biennalesində, Azərbaycanın pavilyonu çərçivəsində nümayiş olunub.

Rəssamın sözlərinə görə, sərgidə layihənin tam və genişləndirilmiş versiyası təqdim edilir. “Layihədə Biennalenin əsas mövzusu olan “Yadlar hər yerdə” ideyasına istinad olunaraq, yadlıq hissini coğrafi və mədəni sərhədlərdən kənara çıxarıb, daha çox insanın daxili dünyası ilə bağlı bir hal kimi olduğu göstərilib. “Pink planet” insanın bəzən özünə belə yad gəldiyi daxili landşaftdır. Layihə rəsm, instalyasiya, musiqi, mətn, videoanimasiya və interaktiv oyun elementlərinin sintezi üzərində qurulub. Hər bir komponent layihənin əsas ideyası olan təxəyyül və onun insan həyatındakı rolu ətrafında birləşir”,- deyə rəssam əlavə edib.

Müasir incəsənətin müxtəlif formalarının sintezinin yer aldığı sərgi 1 ay davam edəcək.

Prime Leasing