"Xalq Sığorta" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-mart aylarında 1,5 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 2,65 dəfə çoxdur.
Bu il aprelin əvvəlinə "Xalq Sığorta"nın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 3,9% çox – 95,8 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 30,5 milyon manat (5,5% az), balans kapitalı isə 65,3 milyon manat (9,25% çox), o cümlədən nizamanmə kapitalı 58,75 milyon manat (dəyişməyib) olub.