Bu ilin yanvar-sentyabr aylarında “Unicapital İnvestisiya Şirkəti” ASC-nin birja dövriyyəsi 1,761 milyard manat təşkil edib.
Bu barədə Yurd.Media-ya “Bakı Fond Birjası”ndan məlumat verilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,85% azdır.
Qeyd edək ki, "Unicapital İnvestisiya Şirkəti" ASC 19.12.2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 min manatdır, nizamnamə kapitalı 100% “Unibank” Kommersiya Bankı ASC-yə məxsusdur. Şirkətin qanuni təmsilçisi Namazov Vüqar Faiq oğludur.