SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Turan Bank I rübdə 3 milyon manat mənfəət əldə edib

"Turan Bank" I rübdə 3 milyon manat mənfəət əldə edib

  • 17 aprel 2026, 17:28

"Turan Bank" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

Yurd.Media xəbər verir ki, Bank yanvar-mart aylarında 2,9 milyon manat mənfəət əldə edib. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. 

Bu il aprelin əvvəlinə "Turan Bank"ın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 2,9% çox - 901,3 milyon manat, o cümlədən xalis kredit portfeli 7,5% çox - 674,25 milyon manat təşkil edib. Bankın öhdəlikləri 793,9 milyon manat (2,8% çox), o cümlədən depozit portfeli 446,8 milyon manat (2% çox), balans kapitalı isə 107,4 milyon manat (4% çox), cümlədən nizamnamə kapitalı 100 milyon manat (dəyişməyib) olub. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları