"Turan Bank" ASC 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank 9 ayda 1,6 milyon manat mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% azdır.
Bu il oktyabrın əvvəlinə "Turan Bank"ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 4,8% çox - 892,5 milyon manat, o cümlədən kredit portfeli 8,3% çox – 669,8 milyon manat təşkil edib. Bankın öhdəlikləri 788 milyon manat (5% çox), o cümlədən depozit portfeli 445,4 milyon manat (1,9% çox), balans kapitalı isə 104,5 milyon manat (3,6% çox), o cümlədən nizamnamə kapitalı 100 milyon manat (dəyişməyib) olub.