"Troni İnvestisiya Şirkəti" QSC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıəqlayıb.
Yurd.Media xəbər verir ki, maliyyə qurumu ötən il 450 min manat zərər edib. Bu, əvvəlki illə müqayisədə 58,3% azdır.
Bu ilin əvvəlinə "Troni"nin aktivləri ötən ilin əvvəlinə nisbətən 49,8% az – 0,9 milyon manat təşkil edib.
İnvestisiya şirkətinin öhdəlikləri 0,4 milyon manat (76,9% az), balans kapitalı isə 0,5 milyon manat (19,8 dəfə çox), o cümlədən nizamnamə kapitalı 2,4 milyon manat (64% çox) olub.
Qeyd edək ki, “Troni İnvestisiya Şirkəti” QSC 2021-ci ildə təsis edilib. Şirkətin yeganə səhmdarı Səyavuş Səfiyev, direktoru Elmidar Şirinzadədir.