SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
“Troni İnvestisiya Şirkəti”nin illik dövriyyəsi 600 milyon manatı ötüb

“Troni İnvestisiya Şirkəti”nin illik dövriyyəsi 600 milyon manatı ötüb

  • 15 yanvar 2026, 12:14

Ötən il “Troni İnvestisiya Şirkəti” 7 mindən çox əməliyyat həyata keçirib.

Yurd.Media xəbər verir ki, Bakı Fonda Birjasının 2025-ci ilin sonuna təqdim etdiyi məlumatlara  əsasən, şirkət ili 7104 əməliyyat sayı ilə başa vuraraq ən aktiv investisiya şirkətlərindən biri olub.

“Troni İnvestisiya Şirkəti”nin illik dövriyyəsi isə digər illərlə müqayisədə xeyli artaraq 618,1 milyon manata çatıb.

Şirkətdən bildirilib ki, “Troni İnvestisiya Şirkəti” QSC həmçinin ötən il kapital bazarlarında göstərdiyi xidmətərə görə “Ən yaxşı Marketmeyker” adına layiq görülüb.

“Yenidənqurma tədbirlərinin nəticələrindən biri də şirkətin investisiya şirkətlərində korporativ idarəetmə standartlarına dair tələblərin 70%-dən çox hissəsinə cavab verməsidir”, - şirkətdən bildirilib.

“Troni İnvestisiya Şirkəti”nin əsas müştərilərini Azərbaycanın böyük maliyyə institutları və dövlət qurumları təşkil edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları