"Bank BTB" ASC 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank 9 ayda 0,65 milyon manat zərər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur.
Bu il oktyabrn əvvəlinə "Bank BTB"nin aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 5,7% çox - 389,3 milyon manat, o cümlədən kredit portfeli 0,4% çox - 276,3 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 338,4 milyon manat (7% çox), o cümlədən depozit portfeli 167,9 milyon manat (11,9% çox), balans kapitalı isə 50,9 milyon manat (2,2% az), o cümlədən nizamnamə kapitalı 71,45 milyon manat (dəyişməyib) olub.
“Bank BTB”nin əsas səhmdarı Nigar Mehdiyevadır. O, Prezident Administrasiyanın keçmuş rəhbəri və Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, ötən gün barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyevin gəlinidir.