Bu ilin yanvar-iyul aylarında “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC “Bakı Fond Birjası” QSC-də 8 566 milyon manatlıq əməliyyat aparıb.
Bu barədə Yurd.Media-ya Birjadan bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 68,8% azdır. Həmin dövrdə investisiya şirkətinin birja dövriyyəsi 26 602,3 milyon manat təşkil edib.