2025-ci ildə “PAŞA Holdinq” MMC-yə daxil olan “PAŞA Həyat Sığorta” və “PAŞA Sığorta” ASC-lər müvafiq olaraq 679,7 milyon manat və 355,2 milyon manat sığorta haqqı toplayıb.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı illik sığorta icmalında bildirilib.
Sənədə əsasən, iki şirkətin birgə yığımları 1 034,9 milyon manat təşkil edib ki, bu da ümumi sığorta daxilolmalarının 68,8%-i deməkdir. 2024-cü ildə bu nisbət 67,4% olub.
Bundan başqa, ötən il holdinqin şirkətləri müvafiq olaraq 561,1 milyon manat və 140,6 milyon maant sığorta ödənişi edib. Beləliklə, iki şirkətin birgə ödənişləri 701,7 milyon manat olub ki, bu da ümumi sığorta ödənişlərinin 76,2%-i deməkdir. Əvvəlki il bu nisbət 74,4% təşkil edib.