SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Nazirlik: 9 ayda 7 400-ə yaxın müqavilə elektron formada imzalanıb

Nazirlik: 9 ayda 7 400-ə yaxın müqavilə elektron formada imzalanıb

  • 06 oktyabr 2026, 11:49

Bu ilin yanvar-sentyabr aylarında "E-müqavilə" altsistemi vasitəsilə ümumi dəyəri 3 milyard manatdan çox olan 7 386 müqavilə bağlanılıb.

Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.

"E-müqavilə" altsistemi "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq, satınalma müqavilələrinin elektron formada hazırlanmasını, razılaşdırılmasını və imzalanmasını, bu müqavilələrin sistem üzərindən göndərilməsini və proseslərin vahid platformada izlənilməsini təmin edir.

Altsistem bu il aprelin 10-dan istifadəyə verilib.

Skat.az - Ev və Avtomobil elanları