"MJ Financial Services" QSC bank olmayan kredit təşkilatı (BOKT) 4,8 milyon manatlıq səhm emissiyası elan edib.
Yurd.Media xəbər verir ki, BOKT səhmlərinin emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.
Sənədə əsasən, hər birinin nominal dəyəri 30 001 manat olan 160 ədəd yeni səhmin buraxılması nəzərdə tutulur. Bütün səhmlər satılsa, "MJ Financial Services"in nizamnamə kapitalı 0,3 milyon manatdan 5,1 milyon manata yüksələcək.
Yerləşdirmə üzrə anderrayter “Troni İnvestisiya Şirkəti” QSC-dir.