"Kəpəz" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2 milyon manatlıq istiqraz emissiyası elan edib.
Yurd.Media xəbər verir ki, BOKT istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.
Sənədə əsasən, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqrazın kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.
Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onlara illik 15% gəlirlilik vəd olunur. Faizlər 1 aydan bir ödəniləcək.
Yerləşdirmə üzrə anderrayter "Troni İnvestisiya Şirkəti" QSC-dir.