SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
İnvestisiya şirkəti nizamnamə kapitalını artırıb

İnvestisiya şirkəti nizamnamə kapitalını artırıb

"Troni İnvestisiya Şirkəti" QSC nizamnamə kapitalını artırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 300 min artıraraq 2 milyon 400 min manata çatdırıb.

Qeyd edək ki, kapital artımı maliyyə qurumunun dövriyyədə olan 10 min səhminin nominal dəyərinin 209,96 manatdan 239,96 manata çatdırılması hesabına baş tutub.

Xatırladaq ki, "Troni İnvestisiya Şirkəti" 2021-ci ildə yaradılıb. Onun yeganə səhmdarı Siyavuş Səfiyevdir. Maliyyə qurumu 2022-ci ildə Azərbaycan Mərkəzi Bankından lisenziya alıb. Rəhbər vəzifəsini Elmidar Şirinzadə icra edir.

Prime Leasing
SPE Annual Caspian